Siyasət İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Ermənistanın etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib

Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilk dəfə BMT platformasında gündəmə gətirilib. Bu barədə Bakı Təşəbbüs Qrupundan məlumat verilib.


Bildirilib ki, BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bu məsələ müzakirə olunub.


Moldova parlamentində Maya Sanduya qarşı impiçment proseduru başlanılıb

Moldova parlamentində müxalifət qüvvələri prezident Maya Sanduya qarşı impiçment prosedurunu başladıblar. Bu barədə "Vedomosti" nəşri məlumat yayıb.


Məlumata görə, impiçment layihəsini 46 deputat imzalayıb və sənəd parlamentdə rəsmi qeydiyyatdan keçirilib.


Azərbaycan və Ermənistan arasında sülh prosesi irəliləyir, Avropanın yanaşması dəyişmir

Azərbaycan və Ermənistan arasındakı sülh prosesi əhəmiyyətli dərəcədə irəliləyib. Lakin Avropanın Cənubi Qafqaza yanaşması hələ də böyük ölçüdə region haqqında əvvəlki təsəvvürlərə əsaslanır.


Bu barədə professor Taras Kuzio "The Washington Examiner" nəşrində yazıb.


Tramp İranın gələcəkdə təslim yolunu seçəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp İranın gələcəkdə təslim yolunu seçəcəyini deyib. O, bu fikri süni intellekt texnologiyaları ilə məşğul olan şirkətlərin rəhbərləri ilə görüşdən sonra Ağ evin qarşısında jurnalistlərə açıqlayıb.


Tramp bildirib ki, İran hakimiyyəti hazırda çətin vəziyyətdədir.


Altı AB ölkəsi 2028-2034 büdcəsində yüz milyardlarla avro kəsinti tələb edir

Almaniyanın da daxil olduğu altı Avropa Birliyi ölkəsi, 2028-2034-cü illər üçün təklif edilən təxminən 2 trilyon avroluq büdcənin yüz milyardlarla avro azaldılmasını istəyir.


Politico saytının məlumatına görə, Almaniya, Hollandiya, Avstriya, Danimarka və digər ölkələr bu tələblə çıxış edir.


Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 29-da İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana telefon zəngi edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.


Dövlətimizin başçısı İran Prezidentini ad günü münasibəti ilə təbrik edib.


Rusiya ilə Ermənistan yeni atom enerji bloklarının yaradılmasını müzakirə edib

Rusiyanın "Rosatom" Dövlət Atom Enerjisi Korporasiyası və Ermənistan bu ölkədə yeni atom enerji bloklarının yaradılması perspektivlərini müzakirə ediblər.


Müzakirələr Ermənistanın Baş naziri Nikol Paşinyanın "Rosatom"un baş direktoru Aleksey Lixaçovla görüşü çərçivəsində aparılıb.


İstanbulda 27 Sentyabr Anım Gününə həsr olunmuş tədbir keçirilib

Türkiyənin İstanbul şəhərində 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir təşkil olunub. Tədbir Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşkilatçılığı ilə keçirilib.


Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.


Azərbaycan və Belarus müasir hərbi təyinatlı məhsulların tədarükünü müzakirə edib

Belarusun Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus Bakıya səfəri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.


Bu barədə Belarusun Dövlət Hərbi Sənaye Komitəsi "Telegram" kanalında məlumat yayıb. Görüşdə müasir hərbi təyinatlı məhsulların tədarükü məsələləri müzakirə olunub.


Sahibə Qafarova: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakı dostluq göstəricisidir

Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı iki ölkə arasındakı səmimi dostluğun mühüm göstəricisidir. Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü və Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən tədbirdə bildirib.