Azərbaycanda davamlı ürək transplantasiyası proqramı qurulacaq
Azərbaycanda davamlı ürək transplantasiyası proqramının qurulması hədəflənir. Bu barədə Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev "Ürək transplantasiyası həftəsi" çərçivəsində keçirilən konfransda danışıb. Professor qeyd edib ki, məqsəd ölkədə ürək transplantasiyası üzrə sistemli və davamlı proqramın yaradılmasıdır.
Zambiyada kolera epidemiyası: 30 ölüm halı qeydə alınıb
Zambiyada son üç ay ərzində davam edən kolera epidemiyası nəticəsində 30 nəfərin həyatını itirdiyi açıqlanıb. Zambiya Səhiyyə Naziri Roma Çilengi parlamentdə çıxışı zamanı bu barədə məlumat verib. Nazirin sözlərinə görə, iyulun 28-dən oktyabrın 28-dək olan dövrdə ümumilikdə 1622 yoluxma halı qeydə alınıb.
Türkiyə və Şimali Makedoniya səhiyyə sahəsində əməkdaşlığı genişləndirir
Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu Şimali Makedoniya Respublikasının səhiyyə naziri Saşo Klekovski ilə ikitərəfli görüş keçirib. Görüş zamanı iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə "Səhiyyə və Tibb Elmləri" sahəsində anlaşma memorandumu imzalanıb.