Sağlamlıq İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

KDR-də Ebola virusuna yoluxanların sayı 10 mini keçib

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Ghebreyesus Konqo Demokratik Respublikasında 10 mindən çox insanın Ebola virusuna yoluxduğunu açıqlayıb. Onun sözlərinə görə, yoluxanların təxminən yarısı, yəni 4 min 887 nəfər həyatını itirib.


Qısa sauna qəbulu immunitet hüceyrələrini artırır

Finlandiyalı tədqiqatçılar maraqlı bir kəşf ediblər. Məlum olub ki, cəmi 30 dəqiqə saunada keçirmək və ortada qısa soyuq duş qəbul etmək qan dövranına ağ qan hüceyrələrinin axınını səbəb olur. Bu hüceyrələr orqanizmin müdafiə sistemində mühüm rol oynayır.


"APA Media Group"da qanvermə aksiyası keçirilib

"APA Media Group" Səhiyyə Nazirliyinin tabeliyindəki Respublika Qan Bankı ilə birgə qanvermə aksiyası keçirib. Könüllü qanvermə aksiyasında "APA Media Group"un əməkdaşları iştirak edib. Tədbir çərçivəsində Qan Bankının tibb briqadasının həkim-hematoloqları iştirakçıların sağlamlıq göstəricilərini yoxlayıb.