Afrika CDC Nigeriyada ilk Ebola hadisəsi ilə bağlı fövqəladə iclas keçirəcək
Afrika Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (Africa CDC) qitənin ən sıx əhalili ölkəsi olan Nigeriyada ilk Ebola hadisəsinin qeydə alınmasından sonra fövqəladə iclas keçirəcək. İclasın məqsədi virusun yayılmasını qiymətləndirmək və Afrika ölkələrinin səhiyyə nazirləri ilə birgə tədbirləri müzakirə etməkdir.
Azərbaycana qripə qarşı vaksinlər gətirilib
Səhiyyə Nazirliyi ölkəyə qripə qarşı vaksinlər gətirib. Nazirlikdən bildirilib ki, payız-qış aylarında havaların soyuması ilə əlaqədar kəskin respirator virus infeksiyalarının, o cümlədən mövsümi qripin yayılma riski artır. Vaksinlərin gətirilməsi mövsümi xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədi daşıyır.
Leyla Əliyeva uşaq onkologiyası üzrə beynəlxalq konqresdə çıxış edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Səmərqənddə "Uşaqların rifahına investisiya" Ümumdünya Sammiti çərçivəsində keçirilən "Sağalmaqdan həyat keyfiyyətinə doğru" şüarı altında Uşaq Onkologiyası üzrə II Beynəlxalq Konqresin açılışında iştirak edib. O, uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib.