İrkutskda veba laboratoriyasında ölüm halı araşdırılır
Rusiyanın İrkutsk şəhərində yerləşən Sibir və Uzaq Şərq Veba Araştırma İnstitutunda çalışan 28 yaşlı laborantın qəfil ölümü beynəlxalq səhiyyə qurumlarının diqqətini cəlb edib. Sentyabrın 29-da ağır pnevmoniya diaqnozu ilə xəstəxanaya yatırılan gənc mütəxəssisin ölümündən sonra institutda geniş yoxlama aparılıb. 5 min 500-dən çox test mənfi nəticə verib, bu da ətraf mühit və kollektiv üçün yoluxma riskinin aşkar edilmədiyini göstərir.
Yeni səhiyyə naziri kollektivə təqdim olunub
Yeni təyin olunmuş səhiyyə naziri Anar Bayramov bu gün Səhiyyə Nazirliyinin kollektivinə təqdim edilib. Təqdimat mərasimini Baş nazirin müavini Teymur Musayev keçirib. Bu barədə məlumatı Səhiyyə Nazirliyi yayıb. Mərasimdə çıxış edən Teymur Musayev qarşıda duran vəzifələr və səhiyyə sisteminin inkişaf prioritetləri barədə fikirlərini bölüşüb.
Səhiyyədə struktur dəyişiklikləri islahatların yeni mərhələsi kimi qiymətləndirilir
Azərbaycan səhiyyəsində aparılan struktur dəyişiklikləri dövlətin uzunmüddətli səhiyyə siyasətinin məntiqi davamı və islahatların yeni mərhələsidir. Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib. Prezident İlham Əliyevin fərmanı ilə TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib. Deputatlar Pərvanə Vəliyeva, Musa Quliyev və Soltan Məmmədov da bu addımın vahid idarəetmə modelinə keçidi sürətləndirəcəyini, vətəndaş məmnunluğunun artırılmasına xidmət edəcəyini bildiriblər.
Gündə 3000 addım Altsheymer xəstəliyinin gedişatını yavaşlada bilər
Yeni bir araşdırma göstərir ki, hətta az miqdarda fiziki aktivlik beyni Altsheymer xəstəliyindən qoruya bilər. Tədqiqatçılar pedometrlərdən istifadə edərək beynində Altsheymerin erkən əlamətləri olan şəxsləri müşahidə ediblər. Nəticələr göstərib ki, gündə cəmi 3000 addım xəstəliyin gedişatını yavaşlatmağa kömək edə bilər. Lakin elm adamlarının gözlədiyi mexanizm bu deyil, tədqiqat yeni izahat tələb edən nəticələr ortaya qoyub.
Onkoloji preparatlar qeydiyyatdan keçən dərmanlar siyahısında
Bu ilin yanvar-oktyabr aylarında Analitik Ekspertiza Mərkəzi tərəfindən qeydiyyat proseduruna müraciət edilmiş dərman vasitələrinə 1136 vəsiqə verilib. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib. Qeydiyyatdan keçən yeni dərmanlar arasında onkoloji preparatlar da yer alır.