ÜST rəhbəri yeni pandemiyanın qaçılmaz olduğunu bildirib
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus yeni bir tənəffüs patogeninin ortaya çıxmasının COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə səbəb ola biləcəyini deyib. O, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində çıxışı zamanı məlumat verib.
Quterreş: Pandemiyadan sonrakı laqeydlik ictimai sağlamlığa olan inamı zəiflədib
BMT Baş katibi Antonio Quterreş bəyan edib ki, dünya pandemiya dövründə tədbir görür, lakin sonradan laqeydlik üstünlük təşkil edir və bu hal ictimai sağlamlığa qarşı inama zərər vurur. Bu fikirlər BMT-nin 81-ci Baş Assambleyası çərçivəsində keçirilən "Pandemiya" mövzulu tədbirdə səsləndirilib.
Kontrasepsiya barədə 5 yanlış fikir – Səhiyyə Nazirliyinin mama-ginekoloqu izah edir
Hər il sentyabrın 26-da qeyd olunan Ümumdünya Kontrasepsiya Günü reproduktiv sağlamlıq, ailə planlaşdırılması və məlumatlı seçimlərin əhəmiyyətinə diqqət çəkir. Kontrasepsiya yalnız arzuolunmaz hamiləliyin qarşısının alınması deyil, həm də qadın sağlamlığının qorunmasında mühüm rol oynayır. Səhiyyə Nazirliyinin mama-ginekoloqu kontrasepsiya ilə bağlı yayılmış yanlış fikirləri izah edib.