Nigeriya KDR-dəki Ebola ocağı səbəbindən yüksək həyəcan rejimi elan edib
Nigeriya Xəstəlik Nəzarəti və Qarşısının Alınması Mərkəzi (NCDC) Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola ocağı ilə əlaqədar ölkədə "yüksək həyəcan" rejiminə keçildiyini açıqlayıb. Məlumatı NCDC-nin baş direktoru Cide İdris yayımlayıb.
AQTA evdə hazırlanan qidalara sertifikat tələbinə dair xəbərlərə aydınlıq gətirib
Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsinin müdiri İlkin Kərimov açıqlama verib. Agentlik rəsmisi həmçinin sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yayılan xəbərlərin və şərhlərin də həqiqəti əks etdirmədiyini bildirib.
Madagaskarda qızılca və malyariyadan 37 nəfər ölüb
Madagaskarın cənub-şərqindəki Ifanadiana bölgəsində qızılca və malyariya səbəbindən 37 nəfərin həyatını itirdiyi bildirilib. Madagaskar mətbuatında yer alan xəbərlərə görə, Səhiyyə Nazirliyinin rəsmisi Andrianina Dezire Rakotoarimino keçirdiyi mətbuat konfransında məlumat verib. Ölənlərin əksəriyyətini uşaqlar təşkil edir.
Səhiyyə Nazirliyinin pediatrından uşaqların sağlamlığı ilə bağlı tövsiyələr
Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Günay Salehova uşaqların immun sistemini dəstəkləmək üçün vacib tövsiyələr verib. O, bu fikirləri nazirliyin rəsmi "Instagram" hesabında keçirilən canlı yayımda səsləndirib. Pediatr həmçinin bildirib ki, soyuq hava uşağı xəstə etmir və hava soyuqdur deyə uşağı bütün gün evdə saxlamaq lazım deyil.
Tədqiqat: REM yuxusunun çoxluğu 83 xəstəlik riskini azaldır
Yeni bir elmi araşdırmaya görə, REM və dərin yuxu mərhələlərinin daha uzun olması onlarla xəstəliyin riskini əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda gecə ümumi yuxu müddətinin 5 saatdan az olması bir çox xəstəlik riskini yüksəldir.