Sağlamlıq İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Amazoniyada demensiyaya dözümlü insanlar aşkar edilib

Boliviya Amazoniyasının iki yerli icmasında beş il ərzində aparılan müşahidələr zamanı yaşlı iştirakçıların 2%-dən azına demensiya diaqnozu qoyulub. Avropa ölkələrində və ABŞ-da isə bu göstərici həmin rəqəmdən üç-dörd dəfə yüksəkdir.


Sümük iliyi donoru olmaq təhlükəlidirmi? - Səhiyyə Nazirliyinin mütəxəssisindən vacib açıqlamalar

Sümük iliyi transplantasiyası talassemiya, leykoz, aplastik anemiya, limfoma, çoxsaylı miyeloma və digər ağır qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün həyati əhəmiyyət daşıyan müalicə üsullarından biridir. Bu müalicənin uğurunda uyğun donorun rolu xüsusi vurğulanır.


Epilepsiya dünya əhalisinin təxminən 1 faizinə təsir edir - Həkim ilk yardım qaydalarını açıqladı

Xalq arasında "sara xəstəliyi" kimi tanınan epilepsiya beyin funksiyalarının qısamüddətli pozulmasıdır. Nevrologiya üzrə mütəxəssis Dr. Abdurrahman Akbaş bildirib ki, beyin hüceyrələrində müvəqqəti anormal elektrik yayılması nəticəsində yaranan bu xəstəlik dünya əhalisinin təxminən 1 faizinə təsir edir.


Könüllü qanvermə aksiyası keçiriləcək

27 Sentyabr - Anım Gününə həsr olunmuş "Bir damla qan, min ümidə can" devizi ilə könüllü qanvermə aksiyası təşkil olunacaq. Aksiya Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə keçiriləcək.