İmmunlaşdırma həftəsi: Uşaqları peyvənd etdirmək niyə vacibdir?
Azərbaycanda "İmmunlaşdırma həftəsi" aprel ayının 19-25 tarixlərində keçirilir. Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsünə uyğun olaraq, Səhiyyə Nazirliyi bu dövrdə immunizasiya tədbirlərinin genişləndirilməsinə və peyvənddən kənarda qalan uşaqların əhatə olunmasına xüsusi diqqət ayırır. Mütəxəssislər valideynləri uşaqların vaxtında peyvənd olunmasının vacibliyinə dair məlumatlandırmağa çağırır.
Dəm qazından zəhərlənən ailənin son uşağı da xəstəxanadan evə buraxılıb
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin son uşağı ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb. TƏBİB-dən alınan məlumatara əsasən, 2018-ci il təvəllüdlü qız uşağın vəziyyəti qənaətbəxş qiymətləndirilib. Beləliklə, ailənin bütün üzvləri stasionar müalicəni başa vurmuşdur.
Ucarda 15 yaşlı yeniyetmə uşaq dünyaya gətirib
Ucar Rayon Mərkəzi Xəstəxanasında 15 yaşlı bir yeniyetmə qız sağlam bir oğlan uşaq dünyaya gətirib. Hamilə yeniyetmə aprelin 14-də saat 19:00 radələrində doğum sancıları ilə xəstəxananın Doğum şöbəsinə yerləşdirilib. Məlumata görə, hamiləlik 31-32 həftəlik olub. Hadisə erkən nikah və yeniyetmə hamiləliyi probleminin hələ də aktual olduğunu bir daha gündəmə gətirib.