Stanford alimləri Ozempik-ə bənzər təbii molekul kəşf etdilər
Stanford Medicine tədqiqatçıları semaglutid (Ozempik) dərmanının kilo vermə təsirlərinə oxşar təbii bir molekul müəyyən ediblər. Heyvan tədqiqatlarında bu molekulun iştahı və bədən çəkisini azaltdığı müşahidə olunub, lakin Ozempik-in əsas yan təsirləri olan bulantı, qəbizlik və əzələ zəifləməsi kimi problemlər qeydə alınmayıb. Bu kəşf gələcəkdə piylənmə ilə mübarizədə daha təhlükəsiz müalicə üsullarının yaradılmasına yol aça bilər.
Sadə köp, yoxsa ciddi xəstəlik əlaməti? - Səhiyyə Nazirliyinin mütəxəssisi xəbərdarlıq edir
Mədə-bağırsaq sistemində köp problemi insanlar arasında ən çox yayılmış şikayətlərdən biridir. Səhiyyə Nazirliyinin mütəxəssisinin açıqlamasına görə, bir çox hallarda bu problem sadə qidalanma vərdişlərindən qaynaqlanır, lakin bəzən daha ciddi xəstəliklərin əlaməti kimi də ortaya çıxa bilir. Mütəxəssislər vətəndaşları uzun müddət davam edən və ya şiddətlənən köp problemini diqqətdən kənarda qoymamağa çağırır.
Akademik Zərifə Əliyevanın anım günü qeyd olunur
Aprelin 15-i Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın anım günüdür. Bu tarix yalnız bir alimin xatirəsinin yad edilməsi deyil, həm də fədakarlıq, humanizm və elmi zəhmətlə yoğrulmuş bir həyat yolunun ehtiramla anılmasıdır. Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elminin inkişafında misilsiz xidmətlər göstərmiş və tibb sahəsində dərin iz qoymuşdur.