Doğuşdan sonra qadınları ən çox narahat edən suallar - Mütəxəssis cavablandırır
Zahılıq dövrü qadın orqanizmi üçün həm fiziki, həm də psixoloji baxımdan xüsusi əhəmiyyət daşıyan həssas bir bərpa dövrüdür. Səhiyyə mütəxəssislərinin açıqlamasına görə, bu müddətdə düzgün qulluq, qidalanma və tibbi tövsiyələrə əməl olunması gələcək sağlamlıq üçün mühüm rol oynayır. Mütəxəssislər doğuşdan sonrakı dövrdə qadınların ən çox maraqlandığı suallara cavab verərək, bu mərhələdə peşəkar tibbi dəstəyin vacibliyini vurğulayıblar.
Kəlbəcərdə vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunub
Kəlbəcər rayonunda vətəndaşlar səyyar tibbi müayinələrə cəlb olunub. TƏBİB-dən verilən məlumata görə, Bərdə Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası tərəfindən sakinlərə tibbi müayinələr aparılıb. Briqadanın tərkibinə cərrah, nefroloq və digər ixtisas həkimləri daxil edilib. Səyyar tibbi xidmətlər işğaldan azad olunmuş ərazilərdə yaşayan vətəndaşların sağlamlıq xidmətlərinə çıxışının təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.
"RehaBus" layihəsi ilə 3 minədək əlil uşağa xidmət göstərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin "RehaBus" (Reabilitasiya avtobusu) layihəsi çərçivəsində ötən dövrdə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib. Layihə əlilliyi olan uşaqların reabilitasiya xidmətlərinə əlçatanlığını artırmaq məqsədi daşıyır və mobil formatda uşaqlara birbaşa yaşadıqları ərazidə dəstək təmin edir.