
Qazidən əynindəki köynəyə görə təyyarədən enməsi TƏLƏB OLUNDU

ABŞ-ın Kaliforniya ştatında Ketrin Benks adlı qadın geyindiyi köynəyə görə mindiyi təyyarədən düşürülüb.
Hadisə San-Fransisko hava limanında baş verib. 22 il ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edən və xidməti ərzində yaralanam Banksın əynində olan köynəyin üzərində "İçinizdəki müharibəyə təslim olmayın. Qazilərin intiharlarına son qoyun" - yazısı olub. Bu, təyyarədəki səlahiyyətli şəxslər tərəfindən xoş qarşılanmayıb və qadından təyyarəni tərk etməsi tələb olunub.
Banks qazi olduğunu söyləsə də, onun etirazına baxılmayıb. Nəhayət, o, köynəyini dəyişdirməyə məcbur edilib və təyyarədə başqa bir oturacaqda səfərə çıxmağına icazə verilib.
Seçki prosesləri və seçici davranışı haqqında yazıram. Sosiologiya təhsili almışam, sorğular və statistika ilə işləməyi xoşlayıram.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Qəzaya uğrayan təyyarənin radarda görünməyən hissə...
Bugun.az

Təyyarədə "Geyiminizi dəyişin" deyə iki qadın zorl...
Son Xeberler

"Azərbaycan tərəfində “Pantsir-S” raketinin bir pa...
Bugun.az

Qəzada sağ qalan bələdçi ailəsi ilə danışdı - VİDE...
Bugun.az

"Yoldaşım da yanımda idi" - Təyyarədən sağ çıxan D...
Bugun.az

Rusiyadan daha 192 azərbaycanlı ölkəyə gətirildi
Son Xeberler