Ölkə İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

"Böyük Qayıdış" çərçivəsində Ağdam və Xocavəndə daha 78 ailə köçürülüb

İşğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" proqramı çərçivəsində növbəti köçmə mərhələsi həyata keçirilib. Son mərhələdə ümumilikdə 78 ailə, yəni 272 nəfər öz doğma yurdlarına yerləşdirilib. Köçürmə Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə təşkil olunub.


Ağdama qayıdan köçkün: "İstərdim bu gün ata-anam da yanımda olsunlar"

Ağdama qayıdan keçmiş məcburi köçkün Nərgiz Mustafayeva duyğularını bölüşüb. O bildirib ki, ata-baba yurduna qayıtmaq sevinci böyük olsa da, valideynlərinin yanında olmaması ona kədər gətirir. "Çox istərdim bu gün ata-anam da yanımda olsunlar. Təəssüf ki, onlar yoxdur" deyən Mustafayeva hisslərini gizlədə bilməyib.


Növbəti köç karvanları yola salınıb

Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə növbəti köç karvanları yola salınıb. Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif bölgələrindən doğma yurdlarına qayıdırlar.