Füzulinin işğaldan azad edilməsindən 5 il ötür
17 oktyabr 2020-ci il Azərbaycanın müasir tarixində təkcə bir şəhərin işğaldan azad edildiyi gün deyil, həm də Qarabağın gələcəyini dəyişən mühüm hərbi-siyasi hadisə kimi yadda qalıb. Bu gün Füzulidə əsas hədəf qazanılmış Zəfəri dayanıqlı inkişafa çevirməkdir. Şəhərin yenidən qurulması və bərpası istiqamətində genişmiqyaslı işlər aparılır.
Füzuli şəhərinə 3 153 sakin qayıdıb
Füzuli şəhərinə indiyədək 3 153 nəfər, yəni 827 ailə qayıdıb. Bu barədə məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verib. Şəhərdə yaşayış komplekslərinin tikintisi ilə yanaşı, sosial infrastruktur da inkişaf etdirilir. Burada özbək xalqının həyata keçirdiyi layihələr də diqqət çəkir.
Dövlətyarlı və Pirəhmədli kəndlərinə qayıdış ilin sonuna kimi planlaşdırılır
Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı bu ilin sonuna kimi nəzərdə tutulur. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva məlumat verib.
İtaliyada Müstəqilliyin Bərpasının 35-ci ildönümü qeyd olunub
Romanın mərkəzində Azərbaycanın İtaliyadakı səfirliyinin və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününün 35-ci ildönümünə həsr olunmuş təntənəli konsert proqramı keçirilib. Tədbir Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.