Füzuli: Zəfərdən dirçəlişə uzanan yol
17 oktyabr 2020-ci il Azərbaycanın müasir tarixində təkcə bir şəhərin işğaldan azad edildiyi gün deyil, həm də Qarabağın gələcəyini dəyişən mühüm hərbi-siyasi hadisə kimi yadda qaldı. Bu gün Füzulidə əsas hədəf qazanılmış Zəfəri dayanıqlı inkişafa çevirməkdir.
Füzuli şəhərinə indiyədək 3 200-ə yaxın sakin qayıdıb
Füzuli şəhərinə indiyədək 3 153 nəfər, yəni 827 ailə qayıdıb. Bu barədə məlumatı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi verib. Şəhərdə yaşayış komplekslərinin tikintisi ilə yanaşı, sosial infrastruktur da inkişaf etdirilir. Burada özbək xalqının həyata keçirdiyi layihələr də xüsusi yer tutur.
Dövlətyarlı və Pirəhmədli kəndlərinə qayıdış ilin sonuna kimi
Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı bu ilin sonuna kimi nəzərdə tutulur. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quliyeva məlumat verib.