Xocavənd şəhərinə növbəti köç karvanı çatıb
Sentyabrın 30-da doğma yurduna yola salınan növbəti köç karvanı Xocavənd şəhərinə çatıb. Bu mərhələdə şəhərə köçən 55 nəfərdən ibarət 16 ailəyə mənzillərinin açarları təqdim edilib.
Açarların təqdim edilməsi mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarının rəsmiləri iştirak ediblər.
Cəbrayılın Şükürbəyli kəndinə köç davam edir
Cəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanı çatıb. Bu gün kəndə 60 nəfərdən ibarət 9 ailə köçürülüb.
Xaçmazda vətəndaş qəbulu keçirilib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idarə, müəssisə və təşkilat rəhbərlərinin, yerli icra nümayəndələrinin, həmçinin bələdiyyə sədrlərinin iştirakı ilə növbəti vətəndaş qəbulunu keçirib.
Qəbul zamanı rayon sakinlərinin müraciətləri dinlənilib.