Cəbrayıl, Xocalı və Xocavəndə növbəti köç karvanları yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Cəbrayıl rayonunun Şükürbəyli kəndinə, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb.
Bu mərhələdə doğma yurdlarına qayıdan ailələrin sayı və tərkibi açıqlanıb. Verilən məlumata görə, Şükürbəyli kəndinə 9 ailə - 60 nəfər, Xocalı şəhərinə 17 ailə, Xocavənd şəhərinə isə digər ailələr köçürülüb. Ümumilikdə bu mərhələdə 42 ailə doğma yurdlarına qayıdıb.
Məcburi köçkünlərin elektron bazası yenilənəcək
Məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə keçirdiyi Regional idarəetmə müzakirələrində qeyd olunub.
Xocavənd sakini: İşğaldan azad edilmiş ərazilər hər keçən gün daha da abadlaşır
1988-ci ildə hadisələr başlayanda obamızdan çıxmışıq. Nə deyim, ağlamaq tutur məni. Bunu "Report"a açıqlamasında Xocavəndə köç edən keçmiş məcburi köçkün Hicran Abdullayeva deyib. O, gözyaşına hakim ola bilməyib.
Keçmiş məcburi köçkünün sözlərinə görə, işğaldan azad edilmiş ərazilər hər keçən gün daha da abadlaşır.
Qarabağda heyvanların dabaq xəstəliyinə qarşı vaksinləmə tədbirlərinə başlanılıb
Ölkə ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri Qarabağ regionu üzrə davam etdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri Ağcabədi ərazisində müvafiq işlər aparır.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Hacıbaba Adil oğlu Babayev bu gün kollektivə təqdim olunub.
Təqdimat mərasimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Ərazi-təşkilat şöbəsinin müdiri iştirakı ilə keçirilib.