Məcburi köçkünlərin elektron bazası yenilənəcək
Məcburi köçkünlərin elektron bazasındakı məlumatların tam dəqiqləşdirilərək yenilənməsi tapşırılıb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yerli bölmə və nümayəndəliklərinin iştirakı ilə keçirdiyi Regional idarəetmə müzakirələrində qeyd olunub.
Qarabağda heyvanların dabaq xəstəliyinə qarşı vaksinləmə tədbirlərinə başlanılıb
Ölkə ərazisində dabaq xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri Qarabağ regionu üzrə davam etdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin mütəxəssisləri tərəfindən Ağcabədi istiqamətində işlər aparılır.
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuş Hacıbaba Adil oğlu Babayev bu gün kollektivə təqdim olunub. Təqdimat mərasimi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Ərazi-təşkilat məsələləri üzrə şöbənin müdiri tərəfindən həyata keçirilib.