Zəfər Parkına ziyarətlər başlayıb
27 Sentyabr - Anım Günü münasibətilə Bakıdakı Zəfər Parkına ziyarətlər başlayıb. Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları parkı ziyarət edərək şəhidlərin xatirəsini yad ediblər.
Hazırda parkı ictimaiyyət nümayəndələri də ziyarət edir.
Xaçmazda Şəhidlər xiyabanı ziyarət edilib
Xaçmaz rayonunda Anım Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz Rayon Təşkilatının sədri Emil Tağıyev, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və ictimaiyyət nümayəndələri 27 sentyabr - Anım Günü ilə əlaqədar anım tədbirində iştirak ediblər.
Xaçmazda anım mərasimi keçirilib
Xaçmaz rayonunda 27 sentyabr - Anım Günü ilə əlaqədar anım mərasimi keçirilib. Xaçmaz sakini olan şəhid ailələri, qazilər və rəsmi şəxslər şəhərdəki Şəhidlər xiyabanını ziyarət ediblər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev və Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri iştirak ediblər.