Ölkə İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Şəkidə ağır yol qəzası: 68 yaşlı qadın həyatını itirib

Şəki rayonunda gecə saatlarında baş verən ağır yol-nəqliyyat hadisəsində bir nəfər dünyasını dəyişib. Hadisə saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Köbər Zəyzid kəndi ərazisində qeydə alınıb. Elsevər İsmayılovun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan 68 yaşlı qadın hayatını itirib. Hadisənin səbəbləri araşdırılır.


Ağcabədidə ağır qəza: 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Ağcabədi rayonunun Qayğı qəsəbəsində "VAZ" markalı minik avtomobili "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəzanın nəticəsində minik avtomobilinin sürücüsü Bakir Quliyev hadisə yerində həyatını itirib. Avtomobildə olan dörd sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisənin baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.


Xankəndidə 3 yeni avtobus marşrutu fəaliyyətə başlayıb

Xankəndi şəhərində müasir nəqliyyat infrastrukturunun inkişafı istiqamətində mühüm addım atılıb - şəhərdaxili 3 yeni avtobus marşrutu istifadəyə verilib. Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən açılan yeni ictimai nəqliyyat şəbəkəsi şəhərin əsas küçələrini və Kərkicahan kəndi istiqamətini əhatə edir. Bu addım Qarabağda normal həyatın bərpası prosesinin davamı olaraq qiymətləndirilir.


Polis qanunsuz saxlanılan silah-sursat aşkar edib

Daxili İşlər Nazirliyi bildirib ki, polis əməkdaşları Bakı və respublikanın müxtəlif rayonlarında keçirdikləri əməliyyatlar nəticəsində 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər. Aşkar olunan qanunsuz silah-sursat hüquq-mühafizə orqanlarına təhvil verilib. Faktlarla bağlı müvafiq araşdırmalar davam etdirilir.


Azərbaycan Ordusunda atıcılıq yarışı başa çatıb

Azərbaycan Ordusunun hərbi qulluqçuları arasında keçirilən atıcılıq üzrə birincilik tamamlanıb. Yarış tədris ilinin hazırlıq planına uyğun olaraq təşkil olunub. Bağlanış mərasimində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib. Yarışda fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.


Salyanda elektrik cərəyanı vurması nəticəsində ölüm hadisəsi

Salyan rayonunun Yenikənd kəndində bədbəxt hadisə baş verib. Aprelin 24-ü saat 15 radələrində Fuad Nəhmədov balıq tutarkən ehtiyatsızlıq nəticəsində istifadə etdiyi qarmaq elektrik xəttinə toxunub. Elektrik cərəyanının vurması nəticəsində hadisə faciəvi sonluqla nəticələnib. Hadisə ilə bağlı araşdırma aparılır.