Sumqayıtda dəm qazından zəhərlənən uşaqların vəziyyəti açıqlanıb
Dəfn zamanı canlı yayım açmaqla gündəmə gələn şəxsin uşaqlarının dəm qazından zəhərlənməsi ilə bağlı yeni məlumat verilib. TƏBİB-dən bildirilib ki, hazırda Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasında 2 nəfərin müalicəsi davam etdirilir. Uşaqlara dəqiqləşdirilməmiş virus meninqoensofalit diaqnozu təyin edilib.
Tovuzda valideynlərinin imtina etdiyi üç azyaşlı uşaq müayinədən keçirilib
Tovuz rayonunda aztəminatlı ailə 3 azyaşlı övladına baxmağa imkanı olmadığını bildirərək onların uşaq evinə yerləşdirilməsi üçün Tovuz İcra Hakimiyyətinə müraciət edib. Ailənin maddi vəziyyətinin ağır olması müraciətin əsas səbəbi kimi göstərilib. TƏBİB-dən verilən məlumata görə, 2018, 2019 və 2024-cü il təvəllüdlü 3 azyaşlı uşaq Tovuz Rayon Mərkəzi Xəstəxanasında müayinədən keçirilib.
Motosiklet qəzalarında 3 nəfər həlak olub - DİN müraciət yayıb
Bu il motosiklet və mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrində 3 nəfər həyatını itirib. DİN-in Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinə xüsusi müraciət ünvanlayıb. Yalnız ötən gün xəsarətlə nəticələnən 5 yol-nəqliyyat hadisəsindən 3-ü motosiklet sürücülərinin iştirakı ilə Yasamal, Xətai və Abşeron ərazilərində baş verib.
Kürdəmirdə magistral su borusu partlayıb - 8 400 abonent susuz qalıb
Kürdəmir rayonunda Külüllü-Kürdəmir magistral su xəttinin 30-cu kilometrində, Qaraqocalı kəndi ərazisində diametri 500 mm olan boru partlayıb. Hadisə nəticəsində 8 400 abonent susuz qalıb. Aidiyyəti qurumlar hadisə yerinə cəlb edilib və bərpa işlərinə başlanılıb.
Bakıda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq
Aprelin 11-dən 12-nə keçən gecə saat 01:30 - 03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq. Təşkilat Komitəsindən verilən məlumata görə, məhdudiyyət 17-22 may 2026-cı il tarixlərində paytaxtda keçiriləcək tədbirlə əlaqədar hazırlıq işlərinin aparılması ilə bağlıdır.