Bakıda faciəli hadisə: iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Bakının Sabunçu qəsəbəsində faciəli hadisə qeydə alınıb. Qəsəbə sakini, 2024-cü il təvəllüdlü A.İ. qonşusunun evində olarkən pilləkənlərdən yıxılıb. Nəticədə iki yaşlı uşaq dünyasını dəyişib. Hadisə ilə bağlı araşdırma aparılır.
Lübnanlı rəssam müharibənin "səssiz şahidlərini" yaradıb
Lübnanlı vizual rəssam Lina Cuni İsrail hücumlarının hədəfi olan binaların ətrafından topladığı qəlpə, dəmir və digər qalıqları heykəl və müxtəlif obyektlərə çevirib. Rəssam bu materiallardan həm sənət əsərləri, həm də müharibənin hekayəsini danışan "səssiz şahidlər" yaradıb.
Taylandda qadının əmanətini termitlər məhv edib
Taylandda ev almaq üçün illərlə pul yığan bir qadın seyfini açanda böyük şok yaşayıb. Onun təxminən 1 milyon 400 min lirə dəyərində əmanətinin böyük hissəsi böcəklər tərəfindən gəmirilib. Qadın başına gələnləri sosial media hesabında paylaşıb.
Dubay səhrasında Cənubi Amerika maraları çoxalıb
Dubay şəhər mərkəzindən təxminən 40 kilometr aralıda yerləşən Al Qudra gölləri ətrafında və Al Marmoom Səhra Qoruma Ərazisində Cənubi Amerikadan olan Patagoniya maraları görünməyə başlayıb. Uzun ayaqları və dovşanı xatırladan görünüşləri ilə diqqət çəkən bu heyvanların əraziyə haradan gəldikləri hələ ki bilinmir.
Köhnə smartfonları təhlükəsizlik kamerasına çevirmək mümkündür
Köhnə smartfonlarınızı atmadan əvvəl onları ev təhlükəsizliyi üçün kamera kimi istifadə etmək mümkündür. Bu üsul həm pul qənaət edir, həm də lazımsız görünən cihazlara yeni funksiya qazandırır. Android və iOS əməliyyat sistemi olan cihazlar bu məqsədlə istifadə edilə bilər.