Samsung Galaxy S21 və S22 modelləri ilə bağlı cərimə qərəri
Cənubi Koreyada Samsung şirkəti Galaxy S21 və S22 smartfonlarının oyun performansı ilə bağlı istehlakçıları yanıltması səbəbindən tənzimləyici cərimə ilə üzləşir. Məsələ şirkətin GOS adlanan sistemindən qaynaqlanır. Bildirilir ki, GOS sistemi smartfonların oyun performansına birbaşa təsir göstərir və istifadəçilərə tam şəkildə açıqlanmayıb.
Afrikada 717 milyon insan təmiz suya çıxışdan məhrumdur
Beynəlxalq Su İdarəetmə İnstitutunun aparıcı elmi işçisi Saymon Lanqanın rəhbərlik etdiyi ekspertlər qrupu müəyyən edib ki, 717 milyon Afrika sakini təmiz suya çıxışdan məhrumdur. Tədqiqatın nəticələri "Nature" elmi jurnalında dərc olunub. Alimlər qeyd ediblər ki, bu göstərici qitə üzrə su təhlükəsizliyi sahəsində ciddi problemlərin mövcudluğunu əks etdirir.
"Cənnətin ariyası" layihəsi çərçivəsində konsert təqdim olunub
"Cənnətin ariyası" adlı layihə çərçivəsində 2 saylı uşaq evinin və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrinin sakinlərinin birgə iştirakı ilə konsert proqramı təqdim olunub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.