SOCAR prezidenti Everest zirvəsinə qalxanlar siyahısında
SOCAR-ın prezidenti Rövşən Nəcəfin adı dünyanın ən yüksək zirvəsi olan Everestə qalxan şəxslərin siyahısına düşüb. Bu barədə "High Adventure Expeditions" platformasında "The Himalayan Database" məlumatları əsasında dərc olunan siyahıda qeyd edilib.
Alabama sakini tapdığı meteorit parçası ilə varlandı
ABŞ-ın Alabama ştatında 1954-cü ildə baş verən qeyri-adi hadisə illər sonra yenidən diqqət mərkəzinə düşüb. Sylacauga yaxınlığında düşən meteoritin iki ayrı parçası tamamilə fərqli nəticələrə səbəb olub. Parçalardan biri qadının yaralanmasına gətirib çıxarıb, digər parça isə tapan şəxsin həyatını dəyişərək ona ev və avtomobil almağa imkan verib.
Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıda olublar
Oktyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Alyona Əliyeva Şamaxıdakı "Nəsimi Bağları" kompleksində olublar. Səfər çərçivəsində ərazidə nümayiş etdirilən incəsənət əsərlərinə baxış keçirilib. Qonaqlar daha sonra "Capybara Azerbaijan" fermasında olublar.
Floridada uşaq futbol liqasında mübahisə polis çağırışı ilə bitib
ABŞ-ın Florida ştatındakı Winter Park şəhərində uşaq futbol liqasında baş verən hadisə 3 yaşlı Nevada Pierrein oyunu ilə diqqət çəkib. i9 Sports tərəfindən təşkil olunan yarışda ondan iki yaş böyük uşaqlarla mübarizə aparan Nevada top sürmə bacarığı ilə mübahisəyə səbəb olub və nəticədə polis çağırılıb.