Maraqlı İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Beyrutda cami qarşısında qalmaqallı hadisə

Livanın paytaxtı Beyrutda şəhər mərkəzindəki caminin girişinə gələn qadın paltarlarını çıxararaq yarıçılpaq vəziyyətdə rəqs etməyə başlayıb. Ətrafdakıların xəbərdarlıqlarına baxmayaraq hərəkətini davam etdirən qadın saxlanılıb. Hadisə ciddi narazılığa səbəb olub.


ABŞ-da nəhəng meteorit alıcı tapmadı

ABŞ-da meteorit axtarışı ilə məşğul olan Stiv Arnold Kanzas ştatının Brenhem bölgəsində yerləşən ferma sahəsində apardığı axtarış zamanı 650 kiloqram ağırlığında nəhəng bir meteorit aşkar edib. Təxminən 2 metr dərinlikdən çıxarılan meteoritin dəyəri 1 milyon dollar qiymətləndirilir. Buna baxmayaraq meteorit hələlik alıcı tapmayıb.


Madriddə Trashumancia festivalı keçirilib

İspaniyanın paytaxtı Madriddə orta əsr ənənələrindən biri olan və "Trashumancia" festivalı adı ilə tanınan tədbir çərçivəsində 1000-dən çox qoyun şəhər küçələrində yürüyüb. Hər payız Madridin mərkəzini kənd sahəsinə çevirən bu festival ispanların ənənəvi tədbirlərindən biri kimi diqqət çəkir.


ABŞ-Meksika sərhədində gizli varlıq yenidən kameraya düşüb

ABŞ ilə Meksika sərhədində əvvəllər divara dırmaşarkən kameralara yaxalanan ağ rəngli, uzun quyruqlu gizli varlıq yenidən müzakirə mövzusuna çevrilib. Toyuq, xoruz və dovşanların itməsi ilə əlaqələndirilən canlı barədə UFO tədqiqatçısı Xayme müəyyən açıqlamalar verib.


Salyanda ildırım yanğına səbəb olub

Salyan rayonunun Şorsulu kəndində ildırım fərdi yaşayış evinə düşüb və nəticədə yanğın baş verib. Hadisə kənd sakini Maarif Məmmədovun evində səhər saat 5 radələrində qeydə alınıb. Yanğın nəticəsində evin bir otağı tamamilə yanaraq yararsız hala düşüb.


Bakıda avtomobil piyadanı vurub

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qəza Həsən bəy Zərdabi və İsmayıl Talıblı küçələrinin kəsişməsində qeydə alınıb. Məlumata görə, "Changan A05" markalı avtomobil yolu keçmək istəyən orta yaşlı piadanı vurub.