Maraqlı İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

“Çampi” tayfunu Tayvanda 616 nəfərin xəsarət almasına səbəb olub

“Çampi” tayfununun Tayvana təsiri nəticəsində xəsarət alanların sayı 616 nəfərə çatıb, bir nəfər isə həlak olub. Bu barədə adanın Mərkəzi Fövqəladə Hallar Operativ Qərargahı məlumat yayıb. Qurum daha əvvəl bir nəfərin həlak olduğunu və 500-dən çox insanın xəsarət aldığını bildirmişdi.


Beyrutda cami qarşısında qalmaqallı hadisə baş verib

Livanın paytaxtı Beyrutda bir caminin qarşısında ciddi narazılığa səbəb olan hadisə qeydə alınıb. Şəhər mərkəzindəki caminin girişinə gələn qadın paltarlarını çıxararaq yarıçılpaq vəziyyətdə rəqs etməyə başlayıb. Ətrafdakıların xəbərdarlıqlarına baxmayaraq davranışını davam etdirən qadın saxlanılıb.


ABŞ-da tapılan 156 milyon illik meteorit alıcı tapmayıb

ABŞ-da meteorit axtarışı ilə məşğul olan Stiv Arnold Kanzas ştatının Brenhem bölgəsində yerləşən ferma sahəsində apardığı axtarış zamanı 650 kiloqram ağırlığında nəhəng bir meteorit aşkar edib. Təxminən 2 metr dərinlikdən çıxarılan və dəyəri 1 milyon dollar qiymətləndirilən meteoritin yaşı 156 milyon il kimi hesablanır. Buna baxmayaraq, nadir tapıntı hələ də alıcı tapmayıb.


Salyanda ildırım evə düşərək yanğına səbəb olub

Salyan rayonunun Şorsulu kəndində ildırım fərdi yaşayış evinə düşüb və nəticədə yanğın baş verib. Hadisə kənd sakini Maarif Məmmədovun evində səhər saat 5 radələrində qeydə alınıb. Yanğın nəticəsində evin bir otağı tamamilə yanaraq yararsız hala düşüb.