Busanda köpək balığının xilası üçün işlər davam edir
Cənubi Koreyanın Busan şəhərində 33 gündür kanalda qapalı qalan "Bukangi" adlı köpək balığının dənizə qaytarılması üçün xilasetmə işləri davam edir. Yonhap agentliyinin məlumatına görə, uzunluğu 3,5 metr olan dişi köpək balığının xilas edilməsi mümkün olmayıb və yerli rəsmilər əməliyyatı davam etdirir.
Şimal dənizində qədim asteroid toqquşması təsdiqlənib
Təxminən 43-46 milyon il əvvəl Şimal dənizinə düşən nəhəng asteroidin 100 metrdən yüksək sunamiyə səbəb olduğu müəyyən edilib. Alimlər iyirmi ildən çox davam edən mübahisədən sonra bu qədim toqquşmanı təsdiqləyən güclü dəlillər tapıblar.
Lerikdə qanunsuz qızıl axtarışı faciə ilə nəticələnib
Oktyabrın 20-də gecə saatlarında Lerikin dağlıq ərazisində üç nəfər qanunsuz qazıntı apararaq qızıl axtarışına çıxıb. Həmin şəxslər polis tərəfindən müəyyən ediliblər. Saxlanılarkən müqavimət göstərərək qaçmağa cəhd edən R. Səfərov qayalıqdan dərəyə düşərək həyatını itirib.
Yaponiyada təyyarədə ilan panikası reysin ləğvinə səbəb olub
Yaponiyada uçuşa hazırlaşan sərnişin təyyarəsinin kokpitində ilan görülməsi aviasiyada qeyri-adi hadisəyə səbəb olub. Təxminən 40 santimetr uzunluğunda olan ilanın tapılması üçün təyyarədə saatlarla axtarış aparılıb və reys ləğv edilib.