Maraqlı İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Braziliyalı kişi süni intellekt sevgilisi üçün hər şeyini satdı

Braziliyanın Maranhão ştatının Imperatriz şəhərində yaşayan 49 yaşlı inşaat işçisi Edimar Rocha Martins sosial şəbəkələrdə tanış olduğu "Jéssica Oliveira" adlı şəxslə sevgi münasibəti qurduğuna inanaraq hər şeyini satıb. Lakin sonradan məlum olub ki, sözügedən şəxs süni intellekt tərəfindən yaradılmış obrazdur. Martins "Jéssica Fazendeira" adı ilə tanınan bu profilə böyük məbləğdə vəsait xərcləyib və nəticədə böyük məyusluqla üzləşib.


Xəzər dənizində suyun səviyyəsi azalır, yeni yarımada yaranır

Xəzər dənizində yerləşən Nordovıy adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə birləşə bilər. Rusiya alimlərinə istinadən yayılan məlumata görə, son beş ildə Xəzər dənizinin səviyyəsi ildə orta hesabla 23 santimetr azalıb. Bu proses nəticəsində yeni yarımadanın formalaşması ehtimalı artır.


Çinin Yunnan meşələrində nəhəng göbələk növü aşkar edilib

Çinin cənub-qərbində yerləşən Yunnan əyalətinin meşələrində elm adamları görünməmiş ölçülərə çata bilən yeni göbələk növü aşkar ediblər. Tropik və subtropik meşələrdə aparılan tədqiqatlar zamanı tapılan növün çəkisi 2,2 kiloqram təşkil edir. Tədqiqatçılar bu növün həm fiziki ölçüləri, həm də milyonlarla illik təkamül tarixi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirirlər.


Xəzər dənizində və İsmayıllıda zəlzələ qeydə alınıb

Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizinin hövzəsində 3,5 maqnituda gücündə zəlzələ baş verib. Yeraltı təkanların dərinliyi 18 km olub. Hər hansı dağıntı və ya zərər barədə məlumat verilmir. Eyni zamanda İsmayıllı rayonunda da zəlzələ qeydə alınıb. Zəlzələnin gücü və episentri barədə ətraflı məlumat hələlik açıqlanmayıb, dağıntı və ya zərərçəkənlər barədə məlumat verilmir.


Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib

Oktyabrın 19-da Aşqabadda, Mahtumquli adına Milli Musiqili-Dram Teatrında Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti keçirilib. Konsertdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Gecə ərzində Türkmənistan və Azərbaycan musiqi mədəniyyətini əks etdirən əsərlər ifa olunub. Həmçinin Leyla Əliyeva oktyabrın 19-da Arkadağ şəhərində olub və şəhərin Göroğlu adına Dövlət Atçılıq Sirkində Türkmənistan Prezidentinin Ahal-təkə atçılıq kompleksinin əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib.