Maraqlı İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Hindistanda təhlükəli şou faciə ilə nəticələnib

Hindistanda keçirilən şouda tamaşaçıları təəccübləndirmək istəyən şəxs ağlasığmaz hiyləyə əl atıb. Boynuna bağladığı iplərin uclarını iki ayrı motosikletə bərkidən şoumen sürücülərdən nəqliyyat vasitələrini əks istiqamətlərə hərəkət etdirmələrini istəyib. Nəticədə təhlükəli şou faciə ilə bitib və tamaşaçıların gözü qarşısında həlak olub.


Amelia Earhartın itkin təyyarəsinin axtarışı bərpa olunub

Məşhur amerikalı aviator Amelia Earhartın itkin düşmüş təyyarəsini tapmaq məqsədilə Sakit okeandakı boş Nikumaroro adasında aparılan axtarış işləri yenidən başlayıb. Axtarışlar güclü fırtına səbəbindən üç günlük fasilə verilmişdi. BBC-nin məlumatına görə, ekspedisiya qrupu hava şəraiti yaxşılaşdıqdan sonra işlərini davam etdirir.


Kürdəmirdə meyit tapılması ilə bağlı rəsmi açıqlama verilib

Kürdəmir rayonunda dəmir yolu xəttində kişi meyitinin tapılması ilə bağlı rəsmi məlumat yayılıb. Hadisə səhər saatlarında yük qatarının maşinisti tərəfindən aşkarlanıb. APA-nın məlumatına görə, maşinist dəmir yolu kənarında kişi meyiti görüb və dərhal müvafiq qurumlara məlumat verib. Hadisə ilə bağlı araşdırma aparılır.


Peruda nəsli kəsilməkdə olan bitkiyə Messinin adı verilib

Argentina millisinin ulduz futbolçusu Lionel Messinin adı Peruda nəsli kəsilməkdə olan bir bitkiyə verilib. Botanika sahəsində elmi məqalələr dərc edən Phytotaxa jurnalının oktyabr sayında yer alan akademik araşdırmada Perunun orta və cənub hissəsində yayılan həmin bitki növünün Messinin şərəfinə adlandırıldığı bildirilir.


Filadelfiyada qadın çatdırılma robotunun qarşısını kəsdiyi üçün həbs edilib

Filadelfiyada yaşayan Kerolayn Marvin Uber şirkətinin çatdırılma robotunun yolunu kəsdiyi və kənara çəkilməkdən imtina etdiyi üçün həbs olunub. O, ictimai qaydanı pozma ittihamı ilə üzləşib. Marvin ABC13 telekanalına bildirib ki, o, bu robotların insanlar üçün təhlükə yaratdığını düşünür.