El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları gətirib
Sakit okeanda El-Ninyo iqlim hadisəsi səbəbindən suyun temperaturunun anomal yüksəlməsi ABŞ-ın Kaliforniya ştatının sahillərində nadir tropik balıqların, köpəkbalıqlarının və dəniz ilanlarının görünməsinə səbəb olub. Bu barədə Reuters agentliyi məlumat yayıb.
Cape Town-da 87 illik Cape Malay xor yarışması keçirilir
Cənubi Afrika Respublikasının köklü müsəlman icmalarından olan Cape Malayların nəsildən-nəslə ötürdükləri musiqi irsi, 87 illik tarixə malik ənənəvi xor yarışması ilə yaşadılır. Yarışma Cape Town şəhərində 18 xorun iştirakı ilə keçirilir. Dünya üzrə 17 oktyabr Qeyri-Maddi Mədəni İrs Günü qeyd olunarkən Cape Town-da bu tədbir xüsusi əhəmiyyət kəsb edir.
Füzuli Şəhəri Günü qeyd olunub
Füzuli şəhərində 17 Oktyabr - Füzuli Şəhəri Günü ilə əlaqədar silsilə tədbirlər təşkil edilib. Tədbirlər Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə keçirilib. Gün ərzində uşaqların iştirakı ilə rəsm üzrə ustad dərsləri təşkil olunub və rəsm sərgisi nümayiş etdirilib.
İnsan olmaq və insan ola bilməmək arasındakı fərq
İnsan olmaq anlayışı hər birimizin həyatında dərin izlər buraxan bir mövzudur. Bu məsələ təkcə fəlsəfi düşüncənin deyil, gündəlik həyatımızın da ayrılmaz hissəsini təşkil edir. Bəzən elə anlar olur ki, insan özünü sorğulayır: mən həqiqətən insanammı?