Çimərlik mövsümündə sudaboğulma halları 13 faiz azalıb
Çimərlik mövsümündə sudaboğulma hallarının sayı ötən illə müqayisədə 13 faiz azalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi məlumat verib.
Kaliforniyada əyləncə parkı əsas attraksionunu bağlayıb
ABŞ-ın Kaliforniya ştatındakı Six Flags Magic Mountain əyləncə parkı X2 roller-kosterini həmişəlik bağlayıb. Bu qərar bir neçə ziyarətçinin attraksiondan istifadə etdikdən sonra travmatik beyin xəsarətləri alması ilə bağlı şikayətlərdən sonra verilib. Attraksion 2002-ci ildən istismarda olub.
Lənkəranda zəlzələ qeydə alınıb
Lənkəran rayonunda zəlzələ qeydə alınıb. Bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Mərkəzin açıqlamasına görə, zəlzələ episentrdə 3 bala qədər hiss olunub.
Xəzər dənizində zəlzələ baş verib
Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib. Yeraltı təkanlar yerli vaxtla saat 01:47-də qeydə alınıb, zəlzələnin maqnitudası 3,3 olub.