Kainatın sonsuzluğu sualına yeni baxış
Yer üzünün səthi sonludur və onu ölçmək mümkündür. Əgər planetin özü genişlənsəydi, bu səth sahəsi zamanla artardı. Alimlər hesab edirlər ki, bizim tanış planetimiz daha anlaşılmaz bir şey haqqında düşünmək üçün faydalı bir yol təqdim edir: kainatın müşahidə edilə bilən hissəsi sonlu ola bilər, lakin bütövlükdə kainatın sonsuz olub-olmadığı sualı açıq qalır. Bu mövzu kosmologiyada ən çox müzakirə olunan problemlərdən biri kimi diqqət mərkəzindədir.
Çində restoranda qeyri-adi hadisə
Çində bir restoranda yemək yeyən qadın istidiyini deyərək geyindiyi paltarı çıxarıb və alt paltarında masada oturmağa davam edib. Ətrafdakı müştərilərin təəccüblü baxışları arasında yeməyini davam etdirən qadın, işçilərin müdaxilə etmək istəməsi ilə dalaşmağa başlayıb. Hadisə restoranda qalmaqala səbəb olub və geniş müzakirə doğurub.
Braziliya həbsxanasında qaçış cəhdi
Braziliyada bir həbsxanada baş verdiyi bildirilən hadisə qısa müddətdə geniş müzakirə mövzusuna çevrilib. Təhlükəsizlik kamerasına əks olunan görüntülərdə məhbusun kamera qapısındakı olduqca dar barmaqlıqların arasından keçmək üçün qeyri-adi üsula əl atdığı görünür. Qaçış cəhdi kameralara düşüb və sosial şəbəkələrdə yayılaraq böyük marağa səbəb olub.
Namibiyada safari turistlərinə kərgədan hücumu
Namibiyanın şimalındakı Etosha Milli Parkında safari turistləri qara kərgədanın hücumuna məruz qalıblar. Yolda hərəkət edən turistlərin avtomobilinə yaxınlaşan kərgədan buynuzları ilə nəqliyyat vasitəsinə dəfələrlə zərbə endirib. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib, turistlərin vəziyyəti barədə əlavə məlumat verilməyib.
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası
Sabirabad rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada həyatını itirib. Hadisə rayonun Qalağayın kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Sabirabad şəhər sakini, 1980-ci il təvəllüdlü Məmmədov Samir Alməmməd oğlu idarə etdiyi "Toyota" markalı avtomobillə piyadanı vurub. Faktla bağlı araşdırma aparılır.