Tovuzda iki gənc qızı avtomobil vurub
Tovuzun Qovlar şəhərində "Range Rover" markalı avtomobil iki gənc qızı vurub. Hadisə nəticəsində 2010-cu il təvəllüdlü X. Ələkbərova və onun həmyaşıdı F. Nəsibova xəsarət alıb. Yaralıların vəziyyəti barədə ətraflı məlumat verilmir.
Qaradağda palçıq vulkanı püskürüb
Bakı şəhərinin Qaradağ rayonu ərazisində yerləşən Otman Bozdağ Palçıq Vulkanında püskürmə qeydə alınıb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 07:32 radələrində başlayıb və təxminən 10 dəqiqə davam edib.
Bear Grylls Nuhun Gəmisini axtarmaq üçün Türkiyəyə gedib
Dünyaca tanınan macəraçı Bear Grylls Türkiyəyə gələrək Nuhun Gəmisi ilə bağlı araşdırmalara başlayıb. Onun marşrutu Ağrı dağı və Nuhun Gəmisi ilə əlaqəli axtarışların aparıldığı ərazini əhatə edir. Bu dəfə Grylls ekstremal təbiət şəraitinə görə deyil, əsrlər boyu cavabı tapılmayan bir sirrin arxasınca yola düşüb.