Tehran səmasında 50 il sonra eyni sirli işıqlar müşahidə olunub
İranın paytaxtı Tehran üzərində səmada hərəkət edən parlaq və rəngarəng işıqların əks olunduğu görüntülər geniş müzakirələrə səbəb olub. Sentyabrın 20-də yayılmağa başlayan videoların bir qisminin şəhərin Azadegan bölgəsi yaxınlığında çəkildiyi iddia edilir. Məlumata görə, oxşar sirli işıqlar Tehranda 50 il öncə də qeydə alınıb.
Ramana Qəsri yeni muzey konsepsiyası ilə fəaliyyətə başlayıb
Ramana Qəsri sentyabrın 21-dən etibarən yeni muzey konsepsiyası ilə fəaliyyət göstərir. Muzeyə təşkil olunan mediaturun iştirakçıları məkandakı yeni texnologiyalar, elektron informasiya panelləri və digər interyer elementləri barədə ətraflı məlumatlandırılıb.
Qırğızıstanda araşan cinsli qoç rekord qiymətə satılıb
Qırğızıstanda ətlik araşan cinsindən olan bir qoç 1 milyon dollara satılıb. Bu heyvan Qazaxıstanda 2023-cü ildə 150 min dollara alınmış Frankel adlı qoçun nəslindəndir. Məlumatı "KG24" yayıb. Qırğızıstan Kənd Təsərrüfatı Nazirliyi də satışla bağlı məlumat verib.
Xəzər dənizində zəlzələ qeydə alınıb
Xəzər dənizində 4,1 maqnitudalı zəlzələ baş verib. Bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Zəlzələ yerli vaxtla saat 18:13:16-da qeydə alınıb və təbiət hadisəsinin 46 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Bakı-Ələt-Astara magistralında yanğın söndürülüb
Bakı-Ələt-Astara magistral yolunda baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. Magistral yolunun 103-cü kilometrliyində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq söndürülüb.