Çində ayaq yuma suyunun satışı qalmaqala səbəb olub
Guangzhou şəhərində keçirilən Firefly Comic Con tədbiri zamanı anime personajlarının kostyumlarını geyinmiş qadın modellərin ayaq yuma suyu bir stəkan üçün 364 lirəyə satılıb. Fuar ərazisindən kənarda baş verən bu qeyri-adi satış ölkənin gündəminə oturub və geniş müzakirələrə səbəb olub.
Xankəndi, Xocalı və Ağdərə şəhərləri günləri qeyd edilib
Xankəndidə Xankəndi, Xocalı və Ağdərə şəhərləri günləri qeyd edilib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, tədbir iştirakçılarına əvvəlcə Xankəndi, Xocalı və Ağdərəyə həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra Azərbaycanın tanınmış şəxsiyyətlərinin iştirakı ilə tədbir davam edib.
9 yaşlı uşağın Minecraft xərcləri atasını 118 min dollar borca salıb
9 yaşlı bir uşaq Minecraft oyununda reklam xərclərinə 118 min dollar xərcləyib. Bu hadisə onun atasının işini itirməsinə və böyük maliyyə böhranı ilə üzləşməsinə səbəb olub. Məlumata görə, uşaq oyun platformasında nəzarətsiz şəkildə reklam kampaniyaları həyata keçirib.
Zaqatalanın Qazangül qəsəbəsində ayı peyda olub
Zaqatalanın Qazangül qəsəbəsində ayı görünüb. Rayon mərkəzinə yaxın olan bu ərazidə bir neçə gün əvvəl gecə saatlarında ayı balası küçədə qalıb və yerli sakinlər tərəfindən telefonla çəkilib. Sakinlərin sözlərinə görə, ayı balası dağlıq-meşəlik ərazidən qəsəbəyə enib.