DSÖ Direktoru: Hantavirus yeni COVID-19 deyil
Ümumdünya Səhiyyə Təşkilatının (DSÖ) Baş direktoru Tedros Adhanom Qebreyesus hantavirusla bağlı mühüm açıqlama verib. O, MV Hondius gəmisində aşkarlanan Andes ştamlı hantavirusun yeni COVID-19 olmadığını vurğulayıb. Gəminin İspaniyanın Tenerife adasına yaxınlaşması bölgə sakinləri arasında narahatlıq yaratsa da, Qebreyesus açıq məktubla vətəndaşlara müraciət edərək, bu virusun hazırkı ictimai sağlamlıq üçün COVID-19 səviyyəsində təhlükə yaratmadığını bildrib.
"Caribbean Princess" gəmisində norovirus yayılıb
"Caribbean Princess" kruiz gəmisində kütləvi norovirus yoluxması qeydə alınıb. Bir həftə əvvəl Florida limanından yola düşən gəmidə 100-dən çox insan norovirusa yoluxub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) bu halı rəsmi şəkildə təsdiq edib. Hadisə kruiz gəmilərində yoluxucu xəstəliklərin yayılması ilə bağlı narahatlıqları yenidən gündəmə gətirib.