Binance-dən oğurlanan Bitcoin həcmi böyük korporativ ehtiyatları üstələyib
Binance birjasından oğurlanan 18,270 BTC təxminən 1,4 milyard dollar dəyərindədir. Bu məbləğ SpaceX-in açıqladığı ehtiyatlara cəmi 442 sikkə qalib çatmayıb, həmçinin Salvadorun dövlət ehtiyatından iki dəfə çoxdur.
Blockchain üzrə araşdırmaçılar hücumun Şimali Koreya ilə əlaqəli olduğunu bildirib.
Yaponiya silah istehsalını iqtisadiyyatın əsas hərəkətverici qüvvəsinə çevirmək istəyir
Yaponiya hökuməti silah istehsalını ölkə iqtisadiyyatının inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevirməyi planlaşdırır. Bu barədə Yaponiyanın NHK ictimai televiziya kanalı məlumat yayıb.
Azərbaycan banklarının qiymətli kağızlara investisiyaları üzrə renkinq açıqlanıb
Azərbaycandakı bankların 1 oktyabr 2026-cı il tarixinə olan məlumatlara əsasən qiymətli kağızlara investisiyalarının məbləği üzrə renkinqi hazırlanıb. Siyahıda ölkənin aparıcı maliyyə qurumları ilə yanaşı, kiçik banklar da yer alır.
Bankların faiz gəlirləri üzrə reytinqdə Kapital Bank liderdir
Azərbaycanda fəaliyyət göstərən bankların bu ilin yanvar-sentyabr ayları ərzində əldə etdikləri faiz gəlirlərinin məbləğinə görə reytinqi müəyyənləşib. Siyahıda Kapital Bank 986,294 milyon manatlıq göstərici ilə birinci yerdə qərarlaşıb.
Kredit götürənlərin sığortalanmasında yaş məhdudiyyətləri tətbiq olunur
Kredit götürən şəxslərin həyatının ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması zamanı yaş və sağlamlıqla bağlı müəyyən məhdudiyyətlər tətbiq olunur. Qüvvədə olan qanunvericiliyə əsasən, bəzi kateqoriyalara aid şəxslər sığorta müqaviləsindən kənarda qalır.