ABŞ və Kanada ticarət sazişinə doğru irəliləyir
Vaşinqton və Ottava arasında ticarət danışıqları aktivləşib və yaxın vaxtlarda razılaşmanın imzalanması mümkündür. Bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktoru Kevin Hasset məlumat verib. Hasset bildirib ki, ABŞ-nin ticarət naziri Hovard Latnik bütün həftə danışıqlar üzərində çalışıb.
ABŞ Prezidenti Donald Tramp isə "Fox 2" telekanalına müsahibəsində Kanada ilə ticarət sazişinin yaxın bir neçə ay ərzində, hətta daha tez bağlana biləcəyini deyib. Onun sözlərinə görə, söhbət bir-iki aydan gedə bilər.
Dohada 9-cu Dünya İnvestisiya Forumu işə başlayıb
Qətərin paytaxtı Dohada 9-cu Dünya İnvestisiya Forumu işinə başlayıb. Forumun əsas gündəliyi qlobal investisiyaların gələcəyi və dayanıqlı inkişaf üçün maliyyələşdirmə imkanlarının müzakirəsidir. Tədbirdə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının təqdimatları da nəzərdə tutulub.
Britaniya bankları kripto məhdudiyyətlərinə görə minlərlə şikayətlə üzləşib
Böyük Britaniya qlobal kriptovalyuta mərkəzinə çevrilmək istədiyini bəyan etsə də, ölkənin aparıcı banklarının kripto alışlarına yanaşması bu istəklə uyğun gəlmir. Məlumata görə, ölkə bankları kriptovalyuta əməliyyatlarına tətbiq etdikləri məhdudiyyətlər səbəbindən 3 ay ərzində 10 min şikayətlə üzləşib.
Bitcoin Federal Ehtiyatın iclası öncəsi 80 min dollardan aşağı düşüb
Bitcoin Federal Ehtiyat Sisteminin iclası ərəfəsində treyderlərin riski azaltması fonunda 80 min dollar səviyyəsindən aşağı enib. Mənbələrin məlumatına görə, aparıcı kriptovalyutalar arasında itkilərə Ether və XRP başçılıq edib.
AİB Xəzər dənizinin duzsuzlaşdırılması layihəsini dəstəkləyə bilər
Asiya İnkişaf Bankı Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinə 70 milyon dollar ayırmağı nəzərdən keçirir. Bankın məlumatına görə, layihə dəniz suyunun tərs osmos üsulu ilə duzsuzlaşdırılması qurğusunun layihələndirilməsini əhatə edir.