"Abşeron" yatağının tam miqyaslı işlənməsi üzrə investisiya qərarı qəbul edilib
"Abşeron" qaz-kondensat yatağının tam miqyaslı işlənməsi (Absheron Full Field Development - FFD) layihəsi üzrə yekun investisiya qərarı qəbul edilib. Bu barədə SOCAR-ın vitse-prezidenti Babək Hüseynov "LinkedIn" hesabında paylaşım edib. Layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan ümumi investisiya həcmi 4,2 milyard dollar təşkil edir.
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Azərbaycan İnvestisiya Holdinqi (AİH) Çinin "Silk Road Fund" (SRF) ilə Birgə İnvestisiya Fondunun yaradılmasını elan edib. Bu barədə AİH məlumat yayıb. Fondun ümumi kapitalı 7,5 milyon təşkil edir.
Maliyyə Monitorinqi Xidməti pul köçürmələrinə dair yeni hədd müəyyənləşdirib
Maliyyə institutlarının Maliyyə Monitorinqi Xidmətinə məlumat və sənəd təqdim etməli olduğu elektron pul köçürmələrinin minimum həddi müəyyənləşib. Xidmətin İdarə Heyətinin sədri Zaur Fətizadənin imzaladığı qərara əsasən, bu hədd bir təqvim ili üzrə 20 min manatdan çox olan köçürmələrə şamil ediləcək.
BNF İşçi qrupunun ilk iclasında yükdaşımaların genişlənməsi müzakirə olunub
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) "Yük daşımalarının səmərəliliyi və rəqəmsallaşdırılması" üzrə İşçi qrupunun ilk iclası keçirilib. Toplantıda Azərbaycanın tranzit potensialının inkişafına yönələn institusional mexanizmlər barədə məlumat verilib.
"HÜRKUŞ-II" təlim təyyarələrinin Azərbaycana satışı üzrə müqavilə imzalanıb
Bakıda "HÜRKUŞ-II" təlim təyyarələrinin Azərbaycana satışı üzrə müqavilə imzalanıb. Bu barədə "Turkish Aerospace" nümayəndəsi məlumat verib. Şirkət nümayəndəsi qeyd edib ki, bu təyyarə daha öncə başqa ölkələrə də ixrac olunub.
Almaniyada inflyasiya sentyabrda 3,3 faizə yüksəlib
Almaniyada illik inflyasiya sentyabr ayında gözləntiləri üstələyərək 3,3 faizə qalxıb. Bu, ölkədə 2023-cü ilin dekabrından bəri qeydə alınan ən yüksək göstəricidir. Yüksəlişin əsas səbəbi Yaxın Şərqdə davam edən münaqişələrin enerji xərclərini artırmasıdır. Enerji qiymətləri 14,9 faiz artıb.
Çində imalat PMI göstəricisi sentyabrda 50,1-ə yüksəlib
Çində imalat sahəsində iqtisadi aktivlik iyul və avqust aylarındakı geriləmədən sonra sentyabrda yenidən artım mərhələsinə keçib. Çin Milli Statistika Bürosunun (NBS) açıqladığı məlumatlara görə, İmalat Sənayesi Satınalma Menecerləri İndeksi (PMI) sentyabrda 50,1-ə yüksəlib.
Türkiyə enerji müstəqilliyi üçün gündəlik 1 milyon barrel hədəfləyir
Türkiyə enerji sahəsində müstəqilliyini gücləndirmək məqsədilə iddialı bir hədəf müəyyən edib. Ölkə, dövlət neft şirkəti TPAO vasitəsilə gündəlik 1 milyon barrel hasilat həcminə çatmağı planlaşdırır. Bu məqsədə nail olmaq üçün yeni "Osman Gazi" hasilat sahəsi də nəzərə alınır.
Almaniya DEİK üzvü türk iş adamları üçün xüsusi viza prosedurunun əhatəsini genişləndirir
Almaniya Türkiyədən gələn iş adamları üçün viza proseslərini asanlaşdıran xüsusi tətbiqin əhatə dairəsini genişləndirməyə hazırlaşır. Yeni qaydalarla Xarici İqtisadi Əlaqələr Qurumu (DEİK) üzvü olan və Almaniya ilə müntəzəm ticari əlaqələri bulunan türk iş adamları bu prosedurdan yararlana biləcəklər.
Tunisin əsas ərzaq məhsulları və içməli su təchizatında çətinliklər davam edir
Tunisin bu yay düyü, şəkər və çay kimi əsas ərzaq məhsulları ilə yanaşı, qablaşdırılmış içməli su təchizatında da yaşadığı çətinliklər iqtisadiyyatdakı bərpa əlamətlərinə baxmayaraq, təchizat, paylama və idxal zəncirindəki problemləri yenidən gündəmə gətirib.