"TotalEnergies" "Abşeron" yatağının tammiqyaslı işlənməsi ilə bağlı detalları açıqlayıb
Fransanın "TotalEnergies" şirkəti Azərbaycanın Xəzər dənizi sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi ilə bağlı detalları açıqlayıb. Şirkətdən verilən məlumata görə, layihə çərçivəsində yatağın layihə gücünə çatması nəzərdə tutulur.
Çin və ABŞ 30 milyard dollarlıq ticarətdə gömrük güzəştləri barədə razılığa gəlib
Pekin administrasiyası Çin lideri Si Cinpinin ABŞ-a səfəri ərəfəsində və səfər zamanı hər iki ölkənin iqtisadi heyətlərinin Nyu-York və Vaşinqtonda apardığı danışıqlarda 30 milyard dollar dəyərində mal ticarətində qarşılıqlı gömrük tariflərinin azaldılması barədə razılığa gəlib.
Ağ Ev ABŞ və Çin arasında 30 milyard dollarlıq tarif çərçivəsini elan edib
Ağ Ev administrasiyası ABŞ ilə Çinin razılaşdığı və hər iki ölkədən 30 milyard dollarlıq idxalı əhatə edən güzəştli gömrük tarifi çərçivəsinin təfərrüatlarını açıqlayıb. Ağ Ev tərəfindən yayımlanan "30-a 30" çərçivəsinə əsasən, ABŞ və Çin qarşılıqlı güzəştlər tətbiq edəcək.
Azərbaycanın iqtisadi potensialı xarici investorlar üçün böyük maraq doğurur
Qlobal iqtisadiyyatda ticarət və investisiya axınları daha təhlükəsiz istiqamətlər axtarışındadır. Belə bir şəraitdə Azərbaycan öz sabitliyi və böyük iqtisadi imkanları ilə xarici kapitalın diqqətini çəkir. 25-26 sentyabr tarixlərində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirlər çərçivəsində ölkənin investisiya potensialı müzakirə olunub.
Bakıda mənzil qiymətləri bütün rayonlarda artıb
Son 1 ildə Bakının 12 inzibati rayonunun hamısında mənzillərin qiyməti artıb. Bu barədə "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyindən bildirilib. Qurumun apardığı hesablamalar zamanı bir neçə amil nəzərə alınıb.
Bank sektorunun aktivləri 12 faizdən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 62 milyard 475,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,8 milyard manat və ya 12,2 faiz çoxdur. Hesabat dövründə bankların aktivlərinin 30 milyard 841,3 milyon manatı göstərilən kreditlərin payına düşüb.
SOCAR AQŞ maliyyə vəziyyətini açıqlayıb
SOCAR AQŞ MMC 2025-ci ili 44,027 milyon manat xalis zərərlə başa vurub. Bu barədə şirkətin maliyyə hesabatında məlumat verilir. Zərərin həcmi 2024-cü illə müqayisədə 7,6 faiz çoxdur. Ötən il SOCAR AQŞ-nin gəliri 68,871 milyon manat təşkil edib.
IEEFA: Çin 2025-ci ildə 17-19 milyon ton LNG-ni yenidən satıb
Dünyanın ən böyük maye qaz (LNG) alıcısı olan Çin, daxili tələbin zəifləməsi və uzunmüddətli tədarük portfelinin genişlənməsi səbəbindən əlindəki artıq həcmləri qlobal bazarlara yenidən satır. Beləliklə, ölkə 2025-ci ildə 17-19 milyon ton LNG-ni yenidən satıb və sadəcə idxalçı kimi deyil, həm də mühüm təchizatçı kimi çıxış edir.
Qarabağ və Şərqi Zəngəzur üzrə kredit qoyuluşları artıb
Bu ilin sentyabrın 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 585,359 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 68,8 milyon manat və ya 13,3 faiz artıb. Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə də kredit qoyuluşlarında artım qeydə alınıb.
Bitcoin 83,000 dollardan aşağı düşdü, neft bahalaşır
Bitcoin 83,000 dollar səviyyəsindən aşağı enib. Buna səbəb İranla aparılan danışıqların dayanması və neft qiymətlərinin artması olub. Əsas kriptovalyutalar arasında ən böyük itki ZEC-də qeydə alınıb. Brent neftinin qiyməti 108 dollara doğru yüksəlib.