“Əsrin müqaviləsi”nin 32 ili: AÇG-dən 628 milyon ton neft hasil edilib
“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçib. Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunun işlənməsi çərçivəsində 1 sentyabr 2026-cı il tarixinədək 628 milyon tondan çox neft və 253 milyard kubmetr qaz hasil edilib.
Mikayıl Cabbarov: “Əsrin müqaviləsi” yeni iqtisadi mərhələnin əsasını qoydu
İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, 20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müasir iqtisadi tarixində yeni mərhələnin əsasını qoyub. Nazir bu barədə “X” hesabında paylaşım edib.
Neftçilər Günü qeyd olunur
Bu gün Azərbaycanda Neftçilər Günü qeyd edilir. Neft-qaz sahəsi mütəxəssislərinin şərəfinə keçirilən peşə bayramı ölkənin iqtisadi suverenliyinin və gücünün bünövrəsini yaradan sahə işçilərinə həsr olunub.
BVF: Dövlət borcu ÜDM-in 100%-ni iki il tez ötəcək
Beynəlxalq Valyuta Fondu qlobal dövlət borcunun 2029-cu ilə qədər dünya ÜDM-in 100%-ni keçəcəyini proqnozlaşdırır. Bu proqnoz əvvəlki hesablamalardan iki il tez baş verəcək. Əsas səbəb kimi ABŞ və Çinin borclarının artması göstərilir.
Bitcoin 50 həftəlik orta göstəricini üstələyib
Bitcoin-in qiyməti bazarda mühüm irəliləyişə imza ataraq 50 həftəlik orta göstəricisini üstələyib. Bu, son 45 həftə ərzində ilk dəfə müşahidə olunur. Analitiklər bunu tarixi yüksəlişlərdən əvvəlki əlamət kimi dəyərləndirirlər.