Azərbaycan ərazisindən Ermənistana növbəti tranzit yük daşınacaq
Sabah Rusiyadan Ermənistana Azərbaycan ərazisindən keçməklə növbəti tranzit yük göndəriləcək. Bu daşınma çərçivəsində qonşu ölkəyə iki vaqon karbamid və bir vaqon un çatdırılacaq. Yük qatarının saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşməsi planlaşdırılır.
Azərbaycandan İtaliyaya təbii qaz ixracının həcmi açıqlanıb
Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin ilk rübündə Azərbaycandan İtaliyaya göndərilən təbii qazın həcmi və dəyəri müəyyənləşib. Bu ilin yanvar-mart aylarında İtaliyaya 844,370 milyon ABŞ dolları dəyərində 2,128 milyard kubmetr təbii qaz ixrac edilib.
Azad edilmiş ərazilərdə sakinlərin məşğulluğu təmin edilir
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə köçürülmüş sakinlərin məşğulluq məsələsi diqqətdə saxlanılır. Dövlət Məşğulluq Agentliyi yeni məskunlaşan vətəndaşların fərqli iş imkanları ilə təmin edilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir.
Aqrar sektor strateji iqtisadi istiqamət kimi qiymətləndirilir
Kənd təsərrüfatında aparılan islahatların əsas məqsədi Azərbaycanın daxili ərzaq təhlükəsizliyini möhkəmləndirmək, regionların iqtisadi potensialını artırmaq və kənd əhalisinin rifahını yüksəltməkdir. Kamaləddin Qafarov qeyd edib ki, aqrar sahə strateji iqtisadi istiqamət kimi böyük əhəmiyyət kəsb edir və mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclasda bu istiqamətdə mühüm məsələlər dəyərləndirilib.