
Xəbər Anı
4 abunə
Bakı-Sumqayıt qatarlarının bəzi reysləri ləğv edilir
29.10.2024 13:52
218 baxış sayı
1 dəq. oxuma

COP29 tədbirlərinə hazırlıq çərçivəsində sərnişindaşıma xidmətinin təhlükəsiz və vaxtında həyata keçirilməsi üçün profilaktik tədbirlərin görülməsi məqsədilə Abşeron dairəvi dəmiryol xətti üzrə texniki fasilə verilir.
Belə ki, 30 oktyabr-7 noyabr tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutu ilə qeyri-pik saatlarda yola düşən qatarların hərəkət cədvəlinə müvəqqəti dəyişiklik edilir.
Həmin tarixlərdə bu marşrut üzrə Bakıdan saat 09:30 və saat 10:00-da, Sumqayıtdan isə saat 10:00 və saat 11:00-da yola düşən sürət elektrik qatarlarının reysləri müvəqqəti olaraq ləğv edilir.
Digər qatarlar 16 sentyabrda elan edilən qrafik üzrə hərəkətdə olacaq.
Etiketlər
Oxşar xəbərlər

Bu qatarların iş günü qrafiki dəyişdi -Yeni cədvəl
Bugun.az
1
09/08 13:25

COP29 Hazırlığına Görə Dəmiryol Xəttində Dəyişikli...
Bugun.az
190
29/10 16:25

Bakı-Sumqayıt elektrik qatarları iki gün hərəkətdə...
Son Xeberler
595
11/06 10:23

Həftəsonu qatarlar işləməyəcək -
Son Xeberler
595
24/07 14:21

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reyslə...
Bugun.az
141
27/11 13:25

Bu istiqamətdə hərəkət 3 aylıq dayandırılır -
Son Xeberler
806
06/08 10:11