
TECNO Telefonlarında Artıq Azərbaycan Dili Dəstəyi Var

Çində istehsal olunan, Türkiyədə də zavodları olan TECNO şirkəti, Azərbaycan istifadəçiləri üçün əhəmiyyətli bir yenilik təqdim edib. Şirkətin süni intellekt əsaslı rəqəmsal assistenti Ella, indi Azərbaycan dilini də dəstəkləyir.
TECNO AI-nın Azərbaycan dilinə keçidi ilə, həm əlverişli SPARK modelləri, həm də Phantom və CAMON 40 seriyası kimi yüksək səviyyəli cihazlar Azərbaycan dilində səs əmrlərini anlayır. İstifadəçilər Ella assistenti ilə həm səs, həm də yazı vasitəsilə əlaqə qura bilərlər. Bu səs idarə olunan sistem zəng etmək, parametrləri dəyişmək və mətn çap etmək kimi bir çox əməliyyatı səsinizlə yerinə yetirməyə imkan verir.
"Ella-dan Soruş" funksiyası cihazın istifadəçi ilə təbii dildə qarşılıqlı əlaqə qurmasına imkan verir. Telefon ekranındakı mətnin xülasəsini verən və şəkillərin redaktəsinə imkan verən "Bir Toxunuşlu Ekran Sorğusu" funksiyası süni intellektin gündəlik istifadədəki effektivliyini göstərir. Bundan əlavə, mətnləri analiz edən və redaktə edən "Süni İntellekt Yazı Assisti" funksiyası, yazım səhvlərinin düzəldilməsindən tutmuş məzmunun hazırlanmasına qədər geniş bir spektrdə kömək edir.
Google ilə əməkdaşlıq çərçivəsində cihazlara inteqrasiya edilmiş "Dairə ilə Axtar" funksiyası da diqqətəlayiqdir. Bu funksiya istifadəçilərə ekrandakı istənilən şəkili dairə içərisinə alaraq axtarmağa imkan verir. Adətən yüksək səviyyəli cihazlarında olan bu funksiya indi TECNO-nun geniş cihaz çeşidində mövcuddur. Süni intellekt texnologiyası həmçinin dil tərcüməsində aktiv şəkildə istifadə olunur. Google Cloud tərəfindən təmin olunan AI Tərcümə Bluetooth qulaqlıqlar vasitəsilə eyni zamanda tərcümə edə bilir. Həm onlayn, həm də oflayn rejimdə mövcud olan bu funksiya müxtəlif dillərdə ünsiyyəti asanlaşdırır. Azərbaycan dilindən əlavə, ingilis, fransız, ərəb, rus, ispan, indoneziya və hindi dillərini də dəstəkləyir.
TECNO-nun süni intellekt inteqrasiyasını Azərbaycan dilinə genişləndirməsi, brendin yerli istifadəçi təcrübəsinə verdiyi önəmin bariz nümunəsidir.
Oxşar xəbərlər

Tecno Spark 40: 120 Hz Ekranla Gəldi!
Texnologiya xəbərləri

Tecno Pova Curve 5G: Gözlənilən Xüsusiyyətlər
Texnologiya xəbərləri

Budcəli TECNO Camon 40 Pro 4G yaxınlaşır!
Texnologiya xəbərləri

Azərbaycan dili imtahanına qeydiyyat bu gün başa ç...
Bugun.az

Rus dili müəllimi vakansiyası
Edumap.az Təhsil Portalı

Faciəvi şəkildə ölən Elgünün imtahan nəticəsi açıq...
Bugun.az