
Starlink-də qlobal kəsinti: Elon Mask üzr istədi

Dünya miqyasında Starlink internet xidməti təxminən üç saat ərzində istifadəçiləri internetsiz qoydu. Problemin yaranması sosial mediada qısa müddətli çaşqınlığa səbəb oldu. Şirkət və Elon Mask tərəfindən verilən açıqlamalardan sonra xidmət normallaşdı.
Kəsinti başlayan kimi dünyanın müxtəlif yerlərindən Starlink istifadəçiləri X və Reddit kimi platformalarda əlaqə problemlərindən şikayət etdilər. Saatlar ərzində minlərlə şikayət Down Detector kimi saytlara daxil oldu. Şikayətlərin 65%-nin tam kəsilmə ilə bağlı olması problemin ciddiliyini göstərdi.
İlk açıqlama SpaceX-in qurucusu Elon Mask tərəfindən verildi. Mask özünün X hesabında qısa müddətli olacağını bildirərək baş verən narahatlıq üçün üzr istədi. Problemin həllindən sonra Starlink-in rəsmi X hesabı da bəyanat yaydı: "Şəbəkə problemi həll edildi və Starlink xidməti bərpa olundu. Əlaqənin əhəmiyyətini başa düşür və narahatlığa görə üzr istəyirik."
Elon Mask bu mesajı öz hesabında da paylaşaraq, "SpaceX bu cür kəsintilərin yenidən baş verməməsi üçün problemin mənbəyini aradan qaldıracaq" dedi və gələcəkdə oxşar problemlərin yaşanmayacağına əmin etdi.
Oxşar xəbərlər

Mask "Starlink"i Ukraynada söndürür?
Bugun.az

Starlink Artıq Mobil Telefonlara Peyk İnterneti Tə...
Texnologiya xəbərləri

Mask Trampın Mitinqində İştirak Etdi
Bugun.az

Mask "Path of Exile 2"-dən uzaqlaşdırıldı
Texnologiya xəbərləri

Los-Anceles meşə yanğınlarında Starlink ümid işığı...
Texnologiya xəbərləri

Orbitdə 6,426 Starlink peyki var
Tesla Azerbaijan Community