🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Robot Taksilər 25 Dəfə Daha Təhlükəsiz Ola Bilər!

03.05.2025 09:03 11 baxış sayı 2 dəq. oxuma
Robot Taksilər 25 Dəfə Daha Təhlükəsiz Ola Bilər!

Yayımlanan hesabata görə, Waymo-nun sürücüsüz avtomobilləri piyadalar və velosipedçilərlə toqquşmaları 82%-92%, insan sürücüləri ilə müqayisədə isə yaralanma ilə nəticələnən qəzaları 96% azaldır. Ciddi xəsarətlərin isə 85% azaldığı bildirilir. Robot taksilər tam olaraq 25 dəfə daha təhlükəsizdir. Şirkətin 4-cü səviyyəli muxtar avtomobilləri 2019-cu ildən bəri Finiksdə fəaliyyət göstərir. Waymo bu əməliyyatını 2022-ci ildə San-Fransisko, 2023-cü ildə Los-Anceles və 2024-cü ildə isə Ostində genişləndirdi. 2025-ci ilə qədər isə Atlantada sınaq sürmələrinə başlanılıb. Bu müddət ərzində robot taksilər ümumilikdə 91 milyon kilometr məsafə qət edib. Şirkət bu uzun məsafəli səyahət məlumatları ilə insan sürücüləri ilə müqayisə etməyə imkan verən statistik nümunə yaratdı. Nəticədə, yaralanma ilə nəticələnən qəzalar əhəmiyyətli dərəcədə azalıb. Kəsişmələrdə yaralanmalarda 96%, ciddi xəsarət hadisələrində isə 85% azalma qeydə alınıb. Deyə bilərik ki, Waymo-nun texnoloji yanaşması da önəmli elementlərdəndir. Tesla yalnız kameralarla işləyən bir sistem inkişaf etdirirkən, Waymo daha bahalı, lakin çox qatlı bir quruluşu üstün tutur. Kamera ilə yanaşı, radar və LiDAR texnologiyaları ilə təchiz olunmuş vasitələr ətraf mühitin qavranılması baxımından daha çox məlumatdan faydalanırlar. Şirkət bu üsulun təhlükəsiz sürücülük üçün daha faydalı olduğunu iddia edir. Açıqladığı məlumatlarla Waymo, muxtar avtomobillərin şəhər nəqliyyatında təhlükəsizliyi artıra biləcəyini statistik olaraq da sübut etmişdir.


Paylaş: