
PayPal-ın Məlumatları oğurlanıb? Şirkətin açıqlaması

İllərdir Türkiyədə fəaliyyət göstərməyən ödəniş platforması PayPal, 16 milyon istifadəçiyə aid məlumatların sızdırılması iddiaları ilə yenidən gündəmə gəldi. Hacker forumlarında yayılan iddialara görə, may 2025-ci ildə baş verən kiber hücum nəticəsində platformanın istifadəçi məlumatları oğurlanaraq satışa çıxarılıb.
İddialara görə, oğurlanan məlumatlar arasında istifadəçilərin elektron poçt ünvanları və şifrələri yer alıb. Hətta sızdırılan şifrələrin hələ də istifadə olunduğu bildirilir. Lakin kiber təhlükəsizlik mütəxəssisləri, hackerlərin tələb etdiyi məbləğin bu qədər böyük məlumat dəsti üçün olduqca az olduğunu vurğulayaraq iddiaları şübhə altına alırlar.
Hacker forumunda yayılan yazının virallaşmasıdan sonra PayPal rəsmiləri açıqlama yayıb. Açqlamada bildirilib ki, iddia olunan tarixlərdə heç bir kiber hücum və ya məlumat sızması baş verməyib. PayPal, hackerlərin qaldırdığı hadisənin 2022-ci ildə baş vermiş və təxminən 35.000 hesabı əhatə etmiş əvvəlki bir hadisə olduğunu və həmin vaxt təsirlənən hesablar üçün lazımi tədbirlərin görüldüyünü açıqlayıb.
Dünyanın ən məşhur platformalarından biri olan PayPal-ı əhatə edən bu hadisə, bir daha onlayn platformalarda şəxsi məlumatların təhlükəsizliyinin vacibliyini ön plana çıxardı. Belə halların qarşısının alınması üçün kiber təhlükəsizlik mütəxəssisləri istifadəçilərə güclü, unikal şifrələr istifadə etməyi və etibar etmədikləri vebsaytlarda şəxsi məlumatlarını daxil etməkdən çəkinməyi məsləhət görürlər.
Oxşar xəbərlər

Bred Pitt'in Adından Aldatma: İki Qadından 350.000...
Son Xeberler

Paşinyanın igamətgahından əşyaları oğurlandı
Son Xeberler

Kreditə götürdüyü pulu oğurlandı
Bugun.az

Mira Murati'in Yeni Süni Zəka Layihəsi
Texnologiya xəbərləri

Bank kartlarından daha 21 min manatdan çox pul oğu...
Bugun.az

iOS 18.2 Yenilənməsi: ChatGPT Nə Vaxt Gələcək?
Texnologiya xəbərləri