
Nvidia RTX 5060 istehsalı azaldı

Nvidia şirkəti RTX 5060 və RTX 5060 Ti 8GB qrafik kartlarının istehsalını azaltmaq qərarına gəlib. Şirkət istehsal strategiyasını dəyişərək bu modellərin tədarükünü məhdudlaşdırır. Son məlumata görə, Nvidia tərəfdaşlarına göndərəcəyi 8GB kartların sayını azaldır. 8GB RTX 5060 modellərinin istehsalı 30%, RTX 5060 Ti 8GB isə 15% azaldılacaq. Bu qərar, pərakəndə satış nöqtələrində mövcud olan kartların sayının məhdudlaşması deməkdir.
Bilindiyi kimi, bu modellər əsasən hazır sistem yığanlara yönəlib. Lakin gözləniləndən aşağı tələbat, Nvidianı istehsal xəttini digər kartlara yönəltməyə məcbur edib. İstehsal azalsa da, mövcud ehtiyatlar səbəbindən hazırda qlobal bazarda əhəmiyyətli təsir gözlənilmir. Hesabatda bu məhdudiyyətlərin yalnız masaüstü kartlara, yoxsa noutbuk versiyalarına da aid olub-olmaması aydınlaşdırılmayıb. Ancaq hazırda satışlarda noutbuk modelləri üstünlük təşkil edir.
Bu qərarın səbəblərindən biri də 8GB yaddaş kartlarına yönələn tənqidlərdir. Lansmentdə Nvidia tərəfindən xüsusilə vurğulanmayan bu modellər, eyni qiymət diapazonunda daha yüksək yaddaş tutumuna malik AMD və Intel-in Arc B seriyası kimi rəqiblərlə müqayisədə zəif nəticə göstərir. Bu, yaddaş tutumunun azlığının satışlara mənfi təsir etdiyini göstərir.
Etiketlər
Oxşar xəbərlər

RTX 5060 və 5060 Ti Oyun Kartlarının Mart Ayında G...
Texnologiya xəbərləri

RTX 5060 Seriyasında Qara Ekran Problemi Həll Edil...
Texnologiya xəbərləri

GeForce RTX 5060-ın satışa çıxacağı tarix açıqland...
Texnologiya xəbərləri

NVIDIA GeForce RTX 5060 Artıq Satışdadır!
Texnologiya xəbərləri

RTX 50 Seriyası Grafik Kartlarının Bolluğu: Qiymət...
Texnologiya xəbərləri

RTX 5060 Ti: Əvvəlki Nəsillə Müqayisədə Çox Az İrə...
Texnologiya xəbərləri