🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Metanın "Behemot" Süni Zəkası Yenidən Gecikdirildi

18.05.2025 00:00 12 baxış sayı 2 dəq. oxuma
Metanın "Behemot" Süni Zəkası Yenidən Gecikdirildi

Metanın Llama 4 əsaslı yeni nəsil süni intellekt modeli "Behemot", bir daha təqdimat tarixini qaçırıb. Əvvəlcə aprel ayında keçirilən LlamaCon tədbirində təqdim edilməsi planlaşdırılan model, daha sonra iyun ayına təxirə salındı. Meta, rəsmi olaraq "Behemot" süni intellektinin təqdimatını payıza və ya daha sonraya təxirə saldığını açıqlayıb.


Son məlumatlara görə, Behemotun işə salınması modelin gözlənilən səviyyəyə çatdırılmasında yaranan çətinliklərlə əlaqədardır. Mark Zukerberqin "dünyanın ən yüksək performanslı modeli" adlandırdığı Behemotun ümumilikdə 2 trilyon parametrə sahib olacağı, bunun 288 milyardının isə aktiv olacağı bildirilir. Keçən ay aparılan qiymətləndirmələrdə Meta, bu modelin GPT-4.5, Claude 3.7 Sonnet və Gemini 2.0 Pro kimi rəqiblərini bir çox STEM testlərində üstələdiyini açıqlamışdı. Lakin, bu açıqlamalara baxmayaraq, modelin son versiyasının nə vaxt istifadəyə veriləcəyi hələ də aydın deyil.


Meta indiyədək Llama 4 ailəsinin kiçik miqyaslı iki modelini - Scout və Maverick-i istifadəçilərə təqdim edib. "Kiçik Llama" kod adlı daha yüngül bir modelin də yolda olduğu bildirilir. Ancaq şirkətin uzun müddət üzərində çalışdığı Behemotun gecikməsi, Metanın süni intellekt sahəsində liderlik iddialarını sual altına almağa başlayıb. Son tədbirdə Behemot haqqında yalnız səthi məlumatlar paylaşılıb, modelin cari vəziyyəti və ya dəqiq buraxılış tarixi barədə konkret bir açıqlama verilməyib. Meta 2025-ci ildə süni intellekt infrastrukturuna 72 milyard dollar yatırım etməyi planlaşdırır.


Paylaş: