
İyun 2025-ci ilin ən çox yüklənən PlayStation oyunları

Sony, iyun 2025-ci il üçün PlayStation Store-dan yüklənmə statistikasını açıqladı. PS4 və PS5 oyunlarını ayrıca göstərən siyahıda REMATCH, EA SPORTS FC 25 və Grand Theft Auto V kimi məşhur oyunlar ön plana çıxıb. Bu ay siyahıda gözlənilməz oyunların da olması diqqət çəkib.
İyun 2025-ci ilin ən çox yüklənən PlayStation oyunları:
PlayStation 5 üçün: İyun ayında REMATCH birinci yerdə qərarlaşıb. İkinci yerdə EA SPORTS FC 25, üçüncü yerdə isə Grand Theft Auto V yer alıb. Dördüncü yeri isə DEATH STRANDING 2: ON THE BEACH tutub. ABŞ/Kanada və Avropa ölkələri üçün siyahılar bir-birinə bənzər olsa da, kiçik fərqlər müşahidə olunur. Siyahıda ELDEN RING NIGHTREIGN, Forza Horizon 5, Call of Duty: Black Ops 6, Minecraft, Clair Obscur: Expedition 33, MLB The Show 25, Five Nights at Freddy’s: Secret of the Mimic, Resident Evil Village, DELTARUNE, Cyberpunk 2077, It Takes Two, The Elder Scrolls IV: Oblivion Remastered, The Witcher 3: Wild Hunt, Mortal Kombat 1, Split Fiction, Phasmophobia, NBA 2K25, Lies of P və RoofTops & Alleys: The Parkour Game kimi oyunlar da yer alıb.
PlayStation 4 üçün: ABŞ/Kanada və Avropa ölkələri üçün siyahılarda STAR WARS Battlefront II, Red Dead Redemption 2, Grand Theft Auto V, EA SPORTS FC 25, Gang Beasts, Batman: Arkham Knight, The Forest, Minecraft, Call of Duty: Black Ops III, Stardew Valley, Need for Speed Heat, Dying Light, Kingdom Come: Deliverance, Resident Evil 6, Mafia: Trilogy, RESIDENT EVIL 5, Firewatch, Mortal Kombat X, God of War və Sekiro: Shadows Die Twice – GOTY Edition kimi oyunlar liderlik edib.
PS VR2 üçün: Skydance’s BEHEMOTH, Beat Saber, The Walking Dead: Saints & Sinners Chapter 1, Alien: Rogue Incursion VR, Among Us 3D: VR, Metro Awakening, Ghosts of Tabor, The Walking Dead: Saints & Sinners – Chapter 2: Retribution, Creed: Rise to Glory – Championship Edition, Synth Riders, Horizon Call of the Mountain və Arizona Sunshine 2 ən çox yüklənən oyunlar olub.
Pulsuz oyunlar (PS5 + PS4): Splitgate 2, Fortnite, Tom Clancy’s Rainbow Six Siege, Roblox, Maximum Football, Rocket League, Call of Duty: Warzone, eFootball, Marvel Rivals, Asphalt Legends Unite və Fall Guys siyahıda yer alıb.
Oxşar xəbərlər

Aprel 2025-ci ilin Ən Çox Yüklənən PlayStation Oyu...
Texnologiya xəbərləri

May 2025-ci ilin ən çox yüklənən PlayStation oyunl...
Texnologiya xəbərləri

Ən çox yüklənən PlayStation oyunları!
Texnologiya xəbərləri

2024-cü ilin ən çox yüklənən tətbiqləri və oyunlar...
Texnologiya xəbərləri

Steam-də Ən Çox Yüklənən Oyunlar Açıqlandı!
Texnologiya xəbərləri

Bu Həftənin Ən Çox Yüklənən Steam Oyunları Açıqlan...
Texnologiya xəbərləri